Anonim mesajlaşma
Şəxsi mesajlar real vaxtda çatır. Mətn, emoji, GIF, şəkil və səsli mesajı eyni söhbətdə göndərə bilərsən.
Söhbətdə nə var
- Mətn mesajları, emoji və GIF axtarışı
- Şəkil və media göndərmək
- Səsli mesaj — mikrofon düyməsi ilə yaz və göndər
- Konkret mesaja cavab yazmaq və mesajı başqa söhbətə yönləndirmək
- Göndərdiyin mesajı redaktə etmək və ya silmək
- Söhbətdən birbaşa səsli və video zəng
Mesajlar gecikmədən çatır
Yeni mesaj gələndə söhbət siyahısı dərhal yenilənir və oxunmamış mesajların sayı görünür. Bildiriş səsini ayarlarda açıb-bağlamaq olar.
Kim sənə yaza bilər
Mesaj və şəkil göndərmək icazəsini ayrıca seçirsən: hər kəsdən, yalnız dostlardan və ya heç kimdən. Blok etdiyin istifadəçi sənə yaza bilmir.
Login profilində görünür, e-poçt isə görünmür. Ona görə mesajlaşma üçün telefon nömrəni və ya şəxsi məlumatını vermək lazım deyil.
Tək-tək və qrupla
Şəxsi söhbətdən başqa, ümumi söhbət otaqlarında bir neçə nəfərlə yazışmaq və birlikdə musiqi dinləmək olur. Story-lər isə 24 saat görünür.