Anonim mesajlaşma

Şəxsi mesajlar real vaxtda çatır. Mətn, emoji, GIF, şəkil və səsli mesajı eyni söhbətdə göndərə bilərsən.

Söhbətdə nə var

  • Mətn mesajları, emoji və GIF axtarışı
  • Şəkil və media göndərmək
  • Səsli mesaj — mikrofon düyməsi ilə yaz və göndər
  • Konkret mesaja cavab yazmaq və mesajı başqa söhbətə yönləndirmək
  • Göndərdiyin mesajı redaktə etmək və ya silmək
  • Söhbətdən birbaşa səsli və video zəng

Mesajlar gecikmədən çatır

Yeni mesaj gələndə söhbət siyahısı dərhal yenilənir və oxunmamış mesajların sayı görünür. Bildiriş səsini ayarlarda açıb-bağlamaq olar.

Kim sənə yaza bilər

Mesaj və şəkil göndərmək icazəsini ayrıca seçirsən: hər kəsdən, yalnız dostlardan və ya heç kimdən. Blok etdiyin istifadəçi sənə yaza bilmir.

Login profilində görünür, e-poçt isə görünmür. Ona görə mesajlaşma üçün telefon nömrəni və ya şəxsi məlumatını vermək lazım deyil.

Tək-tək və qrupla

Şəxsi söhbətdən başqa, ümumi söhbət otaqlarında bir neçə nəfərlə yazışmaq və birlikdə musiqi dinləmək olur. Story-lər isə 24 saat görünür.