Yurd necə işləyir
Qeydiyyatdan ilk söhbətə qədər bir neçə dəqiqə kifayətdir. Sayt Azərbaycan, Türk və Rus dillərində işləyir, qeydiyyat pulsuzdur.
1. Qeydiyyat
Login, e-poçt, şifrə, cins və doğum tarixini daxil et. Yurd yalnız 18 yaşını tamamlamış istifadəçilər üçündür. Telefon nömrəsi tələb olunmur.
2. E-poçt təsdiqi
E-poçtuna 6 rəqəmli kod gəlir. Kodu daxil edəndən sonra hesab aktivləşir. Şifrəni unutsan, bərpa kodu da eyni ünvana göndərilir.
3. Profil
Avatar, şəkillər, şəhər və «haqqında» bölməsini istəsən doldur. Profilə 50-yə qədər şəkil yükləmək olar. Kimin sənə yaza, zəng edə və şəkillərini görə biləcəyini məxfilik ayarlarında seç.
4. Tanışlıq
- Onlayn siyahısı — hazırda saytda olanlar
- Login ilə və filtrlərlə axtarış
- Dostluq sorğuları və dostlar siyahısı
5. Ünsiyyət və əyləncə
- Şəxsi mesajlar, GIF, şəkil və səsli mesajlar
- Səsli və video zəng
- Ümumi söhbət otaqları və birlikdə musiqi
- Story — şəkil və ya qısa video 24 saat görünür
- Oyunlar: klassik 1v1 damino və 10 suallıq uyğunluq testi